“Beşiktaş”dan Trabzonspor”a
01.04.2024 , 23:24

“Beşiktaş”la mövsümün sonunda başa çatacaq müqaviləsini hələ də yeniləməyən Salih Uçan transfer gündəminə gəlib.
Korner.az xəbər verir ki, futbolçu “Trabzonspor”un diqqət mərkəzindədir.
“Beşiktaş”dan istədiyi təklifi ala bilməyən 30 yaşlı yarımmüdafiəçi seçimlərini dəyərləndirir.
Salih Uçan Türkiyədə qalmağı seçərsə, onun keçəcəyi klub “Trabzonspor” olacaq.
