big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“İlk vaxtlar küçədə parklarda top qovurdum” (MÜSAHİBƏ)

24.12.2013 , 18:11

“Veteranlar” rubrikası çərçivəsində hazırda “Qəbələ” Futbol Akademiyasının direktoru vəzifəsində Çalışan Stenli Brard klubun rəsmi saytına müsahibə verib.

Korner.az həmin müsahibəni sizə təqdim edir:

12 yaşında başlayan futbol həyatı

 – Bildiyimiz kimi siz Indoneziya kökənlisiniz. Maraqlıdır,
Hollandiyaya gəlişiniz necə alınıb?


Hollandiyaya uşaq vaxtı gəlmişəm. İndoneziyanı xatırlamıram. Sözügedən ölkə
haqda atamdan, anamdan və digər ailə üzvlərimdən eşitmişəm. Əslində hekayəmiz
bir az fərqlidir. Ana tərəfimin kökləri Hollandiyadandır. Ata tərəfim isə
fransız kökənlidir. Valideynlərimin ailələri işlə bağlı İndoneziyada  yaşayıblar. Atam və anam da oradatanışolublar. Həmin
dövrdə İndoneziya Hollandiyanın müstəmləkəsi idi. İndonesiya müstəqillik
qazanandan sonra orada yaşayan hollandlara Hollandiya vətəndaşlığını seçmək
hüququ verildi. Valideynlərim bu hüquqdan yararlanaraq Hollandiya
vətəndaşlığını seçdilər. Hollandiyada kiçik bir qəsəbədə yerləşmişdik. Atam,
anam, nənəm və mən birlikdə yaşayırdıq. Sonra isə Haaqa şəhərinə köçdük.

 

– İndoneziya futbol inkişaf etdiyi ölkələr sırasında
yer almır.Necə oldu ki, sizdə futbola həvəs yarandı?

– Atam
futbolçu idi (gülür). O, indoneziyanın tanınmış oyunçularından sayılırdı. Hollandiyada
isə İndoneziyadakı kimi məşhur deyildi. O, Hollandiyada top qovmayıb.  Mənə də futbola həvəs atamdan keçib.

 

– Futbola neçə yaşınızdan başlamısınız?

– 12
yaşımdan. İlk vaxtlar küçədə parklarda top qovurdum. Amma anam mənə hansısa
kluba getməyə icazə vermirdi. Çünki o tək idi, atam artıq dünyasını dəyişmişdi.
Anamın məni hər gün futbol məktəbinə aparıb gətirməyə vaxtı yox idi. 12 yaşımda
isə artıq Haaqada CWP klubunda məşqlərə başladım. Bu həvəskar komanda idi və
mən sözügedən klubda iki il futbolla məşqul oldum. Daha sonra dostlarımın
istəyi ilə digər həvəskar kluba – “Lans”a keçdim. Onlar mənə “Lans”ın həvəskar
olmasına baxmayaraq, daha böyük klub olduğunu söyləmişdilər. İlk peşəkar klubum
isə “Feyenoord” oldu. Klub təmsilçiləri oyunumu görüb bəyəndilər və məni
Rotterdama dəvət etdilər. Dəvəti məmnuniyyətlə qəbul etdim.

 

– Yəqin bu xəbər sizi həyəcanlandırmışdı…

– Həm
həyəcanlandırmışdı, həm də çaşqınlıq yaratmışdı. Həmin zaman 15 yaşım var idi. O
dövrlə bağlı bir yaddaqalan hadisə də olmuşdu. “Feyenoord”dan məktub almışdım. Məktubda
məni birbaşa klub stadionuna çağırırdılar. Gözlərimə inanmadım və kluba zəng
etdim. Düşünürdüm ki, məktubu səhv ünvana göndəriblər. Çünki gəncləri ilk öncə
akademiyaya yerləşdirirdilər. Klubdan məktubun mənə ünvanlandığını söylədilər
və göstərilən vaxtda stadionda olmağı tapşırdılar. Məni birbaşa “Feyenoord”un
əvəzedici komandasına götürdülər.

 

– Əvvəldə ananızın futbol oynamağa icazə
vermədiyini söylədiniz. Nə baş verdi ki, ananız fikrindən daşındı?

– Anam
mənim artıq yetərincə böyüdüyümü gördü və hansısa işin qulpundan yapışmalı
olduğumu anladı. Mən uşaqlıq dövrümdə cüdo və musiqi ilə də məşğul olmuşam. Lakin
futbolu daha çox sevdiyimə görə bu sahəyə üstünlük verdim.

 

Sınmış ayaqlarla açılan yol

 

 

– Keçək futbolçu karyeranızın ən önəmli
mərhələsinə. Əsas komandada debütünüz nə zaman reallaşdı?

– 3 il
ikinci komandada yer aldım. 18 yaşımda isə “Feyenoord”un əsas heyətində
meydançaya çıxdım.

 

– Bu oyun yəqin ki, xatirinizdə qalıb…

– Sözsüz.
Həmin görüşdə səfərdə “Tvente” ilə qarşılaşırdıq. 90 dəqiqə meydançada oldum.
İlk oyunum olmasına baxmayaraq, məşqçimiz mənə sona kimi güvəndi və əvəzləmədi.
Matç 1:1 hesabilə bitdi.

 

– Baş məşqçinin ilk oyunda ciddi rəqiblə matçda
gənc oyunçuya şans verməsinin və sona qədər əvəzləmədən meydançada saxlamasının
başlıca səbəbi nə idi?

– Mən
“Feyenoord”a cəlb olunduğum zaman yarımmüdafiəçi mövqeyində çıxış edirdim.
Əvəzedici komandada son mövsümdə sol cinah müdafiəçisi mövqeyində oynadım.
1976-cı ilin oktyabr ayında əsas komanda uğursuzluqla üzləşdi. Eyni oyunda iki
müdafiəçimiz ayağını sındırdı və komandada müdafiəçi çatışmazlığı yarandı.
Vəziyyətə görə əsas komandanın baş məşqçisi əvəzedici komandadan sol cinah
müdafiəçisi istədi. Əvəzedici komandanın baş məşqçisi isə tərəddüdsüz məni
təklif etdi. Debütüm zərurətdən doğsa da, pis çıxış etmədim və əsas komandanın
futbolçusuna çevrildim.

 

– Futbolçu olduğunuz dövrdə təhsilinizi də
davam etdirmisiniz…

– Bəli, 24
yaşıma qədər futbolla yanaşı təhsil də almışam. Universitetdə Bədən Tərbiyəsi
fakultəsində oxumuşam. Təhsilimi bitirdikdən sonra isə ancaq futbolla məşğul
olmağa qərar verdim.

 

– “Feyenoord”da yaşadığınız ən yaddaqalan
mövsüm hansı oldu?

– 24
yaşımda “Feyenoord” tərk edib başqa bir kluba keçmək istəyirdim. Çünki əsas
heyətdə yetərincə yer almırdım. Amma məni bu fikirdən daşındırdılar. Dedilər
ki, komandaya Yohan Kruiff gəlir. Qalıb onunla oynasan, heç nə itirməzsən.
Yohan Kruifflə eyni komandada çıxış etmək həmin dövrdə bir çox futbolçunun
arzusu idi. Bu şansı dəyərləndirmək qərarına gəldim və komandada qaldım. Həmin
mövsüm çox yaddaqalan oldu. Həm çempionluq adını, həm də ölkə kubokunu
qazandıq. Bu 1983/84 müvsümündə baş tutdu. “Feyenoord” 10 il idi ki, çempion
olmurdu. Klub azarkeşləri futbolçularla birlikdə çempionluğu və kubok zəfərini
təntənəli şəkildə qeyd etdi. 

 

– Sözügedən mövsümdə baş məşqçi sizə yetərincə
oynamaq imkanı verdi?

– Mövsümün
ilk yarısında meydançaya çox az hallarda çıxdım. Həmin müddətdə komandanın
müdafiə xətti yaxşı çıxış etmirdi, azarkeşlər narazılıqlarını bildirirdilər.
Mövsümün ikinci hissəsində baş məşqçi mənə şans verməyə başladı. Özümə görə
demirəm, amma həmin dövrdə komanda daha stabil çıxış etdi və yekunda çempion
oldu.

 

Yohan Kruifflə çiyin-çiyinə

 

– Az öncə Yohan Kruiffin adını çəkdiniz. Başqa
hansı tanınmış futbolçularla eyni heyətdə çıxış etmisiniz?


Hollandiya millisinin üzvü, 1978-ci ildə Argentinada, 1982-ci ildə Almaniyada
keçirilən Dünya Çempionatlarının iştirakçısı olan Vim Yansenlə birlikdə top
qovmuşam. Rud Qullitlə də eyni vaxtda “Feyenoord”un formasını geyinmişik.

 

– Adıçəkilən futbolçulardan hər hansı biri ilə
bağlı yaddaşınızda maraqlı xatirə qalıbmı?

– Yohan
Kruiff birlikdə oynadığım ən möhtəşəm futbolçu idi. O, “Feyenoord”dan öncə
“Ayaks”da top qovmuşdu. Ona görədə Yohan Amsterdamda meydançaya çıxanda
azarkeşlərin böyük təzyiqi ilə üzləşirdi. Amma o heç vaxt ruhdan düşmürdü. Bir
dəfə Amsterdamda “Ayaks”a 2:8 hesabilə məğlub olduq. Matçdan sonra Kruiff
çempion olacağımızı dedi. Hamı onun sözlərinə gülürdü. Lakin hər şey onun
dediyi kimi oldu. Yohan doğurdan da dahi futbolçu idi.

 

– Futbolçu karyeranızı bitirməyiniz hansı
səbəblə bağlı oldu?

– Müəyyən
bir yaşdan sonra karyeranı davam etdirmək çətinləşir. Zədələr, ağrılar, yaş öz
sözünü deyir. Fiziki göstəricilər istədiyiniz kimi mübarizə aparmağa imkan
vermir. Məndə də belə oldu. 36 yaşım olanda artıq kifayət olduğunu anladım və
futbolçu karyerama son qoydum.

 

– Və məşqçilik karyeranız başladı…

– Əslində
məşqçilik karyerama futbolçu olduğum dövrdə başlamışdım. “Feyenoord”da çıxış
etdiyim dövrdə aşağı yaş qruplarında məşqçi kimi fəaliyyət göstərirdim.
Komandanın məşqlərinə qatılırdım, sonra isə yolun digər tərəfində yerləşən
akademiyaya gedirdim. U-15 komandasının məşqçisi idim. Futbolçu karyeramı
bitirdikdən sonra həvəskar komandada məşqçiliyə başladım. 2 il sözügedən
komandada çalışdım. Ardından isə “Vitesse”dən təklif aldım. Onlar məni əsas
komandada və U-19 komandasında işləməyə dəvət edirdilər. Təklifi qəbul etdim.
Bu həm də Pro kateqoriyasını əldə etmək üçün gözəl şans idi. 4 il “Vitesse”də
çalışdım. Bu müddət ərzində əvəzedicilərlə çempion oldum. “Vitess”in
ardından  “Den Haq” komandasının texniki
direktoru və baş məşqçisi postuna gətirildim. Sözügedən komandada çalışmaq
mənim üçün böyük təcrübə oldu. 2 il sonra isə Yaponiyadan təklif aldım. Təklif
mənə maraqlı gəldi və “Nagoya Grampus Eyt” Futbol Akademiyasının direktoru
vəzifəsində fəlaiyyətə başladım.

 

 

Böyükdən kiçiyə

 

 

– Uşaq futboluna yönəlməyiniz nə ilə bağlı
oldu?

– Dediyim
kimi təklif maraqlı idi. Həm də ölkə xaricində yaxşı şərtlərlə çalışmaq imkanı
yaranmışdı. Sözügedən Yaponiya təmsilçisini öncədən tanıyırdım. Komanda hər il
Rotterdama hazırlıqlara gəlirdi. Onlarla 9 il ərzində gözəl münasibətlərim
yaranmışdı. Müqavilə bağlayana qədər 3 dəfə Yaponiyada olmuşdum. Orada 3 il
çalışdım. Bu müddət çox maraqlı keçdi. İndi də Yaponiyada yaxın dostlarım var.

 

– Yaponiyadakı fəaliyyətinizi uğurlu saymaq
olar?

– Bu sualı
yaponlara versəniz, daha dəqiq cavab alarsınız (gülür). Fikrimcə pis alınmadı.
Əsas komandaya bir neçə futbolçu yetişdirdik. Həmin dövrdə Akademiyada olan
Yoshida Maya hazırda Yaponiya milli komandasının üzvüdür. İngiltərənin
“Soutempton” klubunda top qovur.

 

– Yaponiyadan sonra yenidən sizə doğma olan “Feyenoord”a
döndünüz…

– Bəli.
Artıq dönmək zamanı yetişmişdi. Ailəm Hollandiyada idi. Onları çox gec-gec
görürdüm. 2 il yalnız yaşadım. Yaponiyadan döndükdən qısa müddət sonra
“Feyenoord”an dəvət aldım və orada çalışmağa başladım.

 

– Sizin həm böyüklər, həm də azyaşlılarla
işləmək təcrübəniz var. Bunlar arasında başlıca fərq nədir?


Böyüklərdə əsas tələb nəticədir. Bütün bacarığınızı ortaya qoyub uğur
qazanmalısınız. Əvəzedici komanda da daxil olmaqla aşağı yaş qruplarında isə
futbolçuların fərdi inkişafını təmin etməli, onları futbolçu kimi yetişdirib
ortaya çıxarmalısınız. Əgər söhbət individual inkişafdan gedirsə, nəticə önəmli
deyil. Təbii ki, qalib gəlməyi hamı arzulayır. Uşaq futbolunda bunu sadəcə gənc
futbolçular ürəkdən arzulamalıdırlar. Məşqçilər isə onlara kömək etməlidirlər,
onları yetişdirməlidirlər.

 

– Son olaraq, “Feyenoord” Futbol Akademiyasında
7 illik uğurlu karyeradan sonra “Qəbələ” Futbol Akademiyasında işləmək təklifi
aldınız və təklifə müsbət cavab verdiniz. Tanımadığınız ölkədə sizi nə cəlb
etdi?

– 2012-ci
ildə “Feyenoord”un 15 yaşa qədər futbolçulardan ibarət komandası ilə I Qəbələ
Kubokunda iştirak etmişdim. Qəbələdə futbol üçün yaradılan şəraitdən xəbərdar
idim. Həm də klubda çalışan Toni Adamsla yaxşı münasibətlərim var. Onunla məsləhətləşdim.
Araşdırmalarım müsbət nəticələndi. Ona görə cavabım da müsbət oldu.

 

Son yazılar

To Top