big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Dünya çempionumuzun adı niyə ilk “10-luq”dan çıxarıldı? (QALMAQAL)

24.12.2013 , 17:42

2013-cü ilin yekunlarına əsasən, Gənclər və İdman Nazirliyinin müəyyənləşdirdiyi “qızıl 10-luğ”a kanoe üzrə 4 qat dünya və 4 qat Avropa çempionu Valentin Demyanenkonun salınmaması birmənalı qarşılanmayıb.
Korner.az-ın məlumatına görə, halbuki Demyanenko bu il Almaniyanın Duysburq şəhərində keçirilmiş dünya çempionatında 1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə qızıl, Portuqaliyanın Montemor-o-Velyo şəhərindəki Avropa çempionatında isə gümüş medal qazanıb. O, 2013-cü ildə olimpiya növləri üzrə dünya çempionatlarında ən yüksək nəticə göstərmiş 4 idmançımızdan biridir. Amma digər 3 qızıl medalçı – boksçular Məhəmmədrəsul Məcidov, Cavid Çələbiyev və cüdoçu Elxan Məmmədovdan fərqli olaraq, titullu kanoeçimiz 10 ən güclü idmançı sırasına daxil edilməyib.
 
Araşdırması zamanı məlum olub ki, Demyanenko 10 ən güclü idmançıdan ibarət ilkin siyahıda yer alıb. Amma sonradan 30 yaşlı idmançının adı “10-luq”dan çıxarılıb. Bu addıma kanoeçimizin intizamsızlığı səbəb göstərilib. Deyilənlərə görə, o, dekabrın 12-də Gəncə şəhərində öz avtomobili ilə qəzaya uğradıqdan sonra gözdən düşüb. 3 avtomobilin əzildiyi, 4 nəfərin xəsarət aldığı qəzada Demyanenkonun da günahının olduğu bildirilir. Əvvəllər də kanoeçimizin qeyri-standart hərəkətləri nəzərə alınmaqla, o, “qızıl 10-luq”dan kənarlaşdırıb. Əvəzində cüdo üzrə dünya çempionatının bürünc mükafatçısı Orxan Səfərov siyahıya daxil edilib.
 
Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov Lent.az-a açıqlamasında Demyanenkonun adını daha öncə ilk “10-luq”da gördüyünü etiraf edib. Lakin o, bildirib ki, tanınmış idmançının ilin yekun tədbirindən kənarda qalmasından xəbərsizdir: “İl ərzində uğurla çıxış etmiş idmançıların hamısı yekun tədbirinə dəvət olunmuşdu. Amma üzrlü səbəblərdən, öz xahişi ilə Demyanenko mərasimə qatılmamışdı. Mənim bildiyimə görə, o, “10-luq”da var idi. Ola bilsin, burda olmadığından, adı qeyd edilməyib. Amma şəxsən mənim “10-luq”da belə bir adın olmasından xəbərim var idi”.
 
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə jurnalistlərə açıqlamasında Demyanenkonun ilk “10-luğ”a düşməməsini konkret səbəblə əsaslandıra bilməyib. Hüseynzadənin fikrincə, bu, kanoeçimizin dünya və Avropa çempionatlarında daim yüksək medallar qazanmasına alışmağımızla əlaqədar ola bilər: “Düzü, səbəbini dəqiq deyə bilmərəm. Yəqin ki, biz Demyanenkonun qızıl medallarına çox adət etmişik. Onun dünya çempionluğu ilk deyil, 4-cü dəfədir. Həm də bəlkə hazırda Bakıda yoxdur və bunu da nəzərə alıblar. Bilirsiniz ki, bu “10-luğ”u Gənclər və İdman Nazirliyi müəyyən edir. Çox güman, hamı Demyanenkonun hər bir yarışda qızıl medal alacağını düşünür və biz də buna artıq adət etmişik”.
 
Hüseynzadə Demyanenkonun bu yaxınlarda üzləşdiyi qəza ilə əlaqədar ən yaxşılar siyahısından kənarda qalma ehtimalına isə belə reaksiya verib: “Mənim bu qəzadan xəbərim yoxdur”.
 
Azərbaycan Milli Avarçəkmə Federasiyasının vitse-prezidenti Natiq Abbasov isə Lent.az-a bildirib ki, məntiqlə Demyanenko ilk “10-luq”da olmalı idi: “2013-cü il olimpiya ili olmayıb ki, olimpiadada yüksək nəticə göstərmiş idmançılar ilk “10-luğ”a daxil edilsin. Bu il ən mötəbər yarışlar dünya və Avropa çempionatları olub. Demyanenko karyerasında 4-cü dəfə dünya çempionluğu, eləcə də Avropa vitse-çempionluğu qazanıb. Bu səbəbdən, məntiqlə digər dünya çempionlarımız kimi ilk “10-luğ”a düşməli idi. Amma seçimi biz müəyyənləşdirmirik və onun nəyə görə ən yaxşılar siyahısından kənarda qalmasından xəbərsizik”.
 

Demyanenkonun Gəncədə üzləşdiyi avtomobil qəzasına gəldikdə, Abbasov bildirib ki, hadisənin günahkarı kanoeçimiz yox, “VAZ 2107” markalı avtomobilin sürücüsü olub: “Həmin avtomobil qarşı hərəkət zolağına çıxıb və nəticədə digər avtomobilləri əzib. Demyanenko həmin vaxt Gürcüstana qış təlim-məşq toplantısı üçün məkana baxmağa gedirmiş. Qəza nəticəsində kanoeçimizin də maşınına ziyan dəyib. Hazırda işə Gəncənin hüquq-mühafizə orqanları tərəfindən baxılır”.


Lent.az

Son yazılar

To Top