İlin ən yaxşılarına namizədlər – Siyahı
30.10.2019 , 18:53
Avropa Klublar Birliyi (ECA) və Avropa Futbol Agentləri Assosiasiyası ilin ən yaxşıları adına müxtəlif nominasiyalar üzrə namizədlərin siyahısını açıqlayıb.
Korner.az xəbər verir ki, “Global Soccer Awards” mərasimi dekabrın 29-da BƏƏ-nin Dubay şəhərində keçiriləcək.
Ən yaxşı futbolçu:
Kriştiano Ronaldo (“Yuventus”), Lionel Messi (“Barselona”), Bernardo Silva (“Mançester Yunayted”), Məhəmməd Salah, Alisson Bekker, Sadio Mane, Vircil van Dayk (hamısı “Liverpul”);
Ən yaxşı məşqçi:
Yurgen Klopp (“Liverpul”), Erik ten Haq (“Ayaks”), Fernando Santuş (Portuqaliya millisi), Camel Belmadi (Əlcəzair millisi), Massimiliano Alleqri (“Yuventus”);
Ən yaxşı komanda:
“Liverpul”, “Ayaks”, “Lion” (qadınlar komandası).