Hidayət Heydərov Avropa çempionu oldu
30.04.2022 , 18:23
Azərbaycan cüdoçusu Hidayət Heydərov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
Korner.az xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən idmançı Covanni Espozitonu (İtaliya) sınağa çəkib.
Qızıl xal bölümündə qalib gələn Heydərov Avropa çempionu olub.
Azərbaycanın daha bir idmançısı medal qazanıb. 73 kq çəki dərəcəsində yarışan Rüstəm Orucov bütünc medal uğrunda görüşdə rumıniyalı Adrian Sulkanı məğlub edərək, Avropa 3-cüsü olub.