Futzal üzrə FIFA referiləri Yusif Nurullayev və Ramil Namazov yeni təyinat alıb.
Korner.az– ın AFFA-nın saytına istinadən məlumatına görə, hakimlərimiz futzal üzrə UEFA kubokunun ilkin seçmə mərhələsinin E və G qruplarında keçiriləcək oyunlar zamanı meydana çıxacaqlar. Hər iki qrupun oyunları avqustun 7-dən 12-dək olan müddətdə keçiriləcək. Yusif Nurullayevin təyinat aldığı E qrupunda "Enkamp" (Andorra), ""Makkabi Nahalat" (İsrail), "Vegakameratene" (Norveç) və "Şaumyan" (Ermənistan) klubları, Ramil Namazovun təyinat aldığı G qrupunda isə "Jelezarets" (Makedoniya), "Yedinstvo" (Monteneqro), "Bekentas" (Litva) və "Anji Tallinn" (Estoniya) klubları mübarizə aparacaq. E qrupunun oyunları Andorrada, G qrupunun oyunları isə Makedoniyada keçiriləcək.