big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Hər türk, hər “Qalatasaray”lı bunu bilməlidi: Fatih Terimin “ilklər”i (FOTOLAR)

06.09.2013 , 20:48

Bu gün dünyanın elit məşqçiləri arasında olan Fatih Terim, şübhəsiz, bu səviyyəyə çatmaq üçün illərini verib. O da yanlışlar edib, uğursuzluqlar yaşayıb. Və hər kəs kimi onun da "ilklər"i olub. Keçmişə boylanıb "İmperator"un məşqçi kimi ilk oyunlarına nəzər salaqmı?

1. 1987-1988: "Zonquldakspor" – "Ankaragücü" 0:1
Fatih Terim məşqçilik karyerasında "Ankaragücü"ndə, 27 sentyabr 1987-ci ildə "Zonquldakspor"a qarşı keçirilən oyunla başlayıb. Ankara təmsilçisi Haluk Turfanın vurduğu yeganə qolla qalib gəlmiş və Terimin məşqçiliyə qədəmi uğurlu olmuşdu.. Hərçənd, "Ankaragücü" həmin mövsümü 13-cü pillədə başa vurmuşdu.

2. 1989-1990: "Göztəpə – "Dənizlispor" 1:0
"Ankaragücü"ndən sonra Terim qısa müddətdə "Göztəpə"ni çalışdırmış və bu klubdakı ilk matçında Egey bölgəsinin digər təmsilçisi "Dənizlispor"u məğlub etmişdi. .

3. 1993: Türkiyə – Polşa 2:1
1993-cü ildə Terim Türkiyə U-21-i ilə Aralıq dənizi oyunlarında uğur qazanmış və Sepp Piontekin əsas millidən getməsiylə bu posta ən layiqli namizəd seçilmişdi. "Ay-ulduzlular"ın çalışdırıcısı kimi ilk matçını DÇ-94-ün seçmə mərhələsi çərçivəsində Polşaya qarşı keçirmiş və qələbə qazanmışdı. Komandanın qollarını Hakan Şükürlə Bülənt Korkmaz vurmuşdu. Bu, həm də Türkiyə futbolu tarixində yeni futbolçu nəslinin "vitrinə" çıxmasıydı…

4. 1996-1997: "Trabzonspor" – "Qalatasaray" 1:1
Türkiyə millisinə Avro-96-ya vəsiqə qazandıran Terim futbolçu kimi illərini verdiyi "Qalatasaray"a 1996-cı ildə baş məşqçi kimi qayıtmışdı. "Sarı-qırmızılılar"onun rəhbərliyi altında ilk matçını Almaniyada Qürbət kubokunda keçirmiş və "Trabzonspor"la matçdan 1:1-lik bərabərliklə ayrılmışdı.
"Qalatasatay" 1996-2000-ci illər aralığında Terimlə tarix yazmışdı…

5. 2000-2001: "Fiorentina" – "Uoker İnnsbruk" 2:2
"Qalatasaray"da keçən əfsanə kimi illərin ardınca Terim 2000-ci ildə karyerasını davam etdirmək üçün İtaliyaya köçmüşdü. "Fiorentina"nın çalışdırıcısı təyin edilən "İmperator"un Adriatik sahilində "siftəsi" uğursuz alınmışdı. UEFA kubokunda "Uoker İnnsbruk"la qarşılaşan "bənövşəyilər" iki matçın nəticəsinə görə elə birinci mərhələdəcə yarışdan kənarda qalmışdı…

6. 2001-2002: "Beşiktaş" – "Milan" 2:1
"Fiorentina"dan sonrakı klubu "Milan" olmuşdu Terimin. Bu komandanın "sükanı arxasında" ilk oyunu 2001-ci il avqustun 4-də "Beşiktaş"a qarşı olmuşdu. Bu, əslində "Qara qartal"ın əfsanəvi futbolçusu Mehmet Özdiləyin vida matçı idi. Terimin "Milan"dakı ilk ciddi sınağı isə A Seriyasında "Breşiya"ya qarşı olmuş və səfərdə keçirilən görüş 2:2 hesablı "sülh"lə yekunlaşmışdı.

7. 2002-2003: "Qalatasaray" – "Olimpiakos" 2:0
2002-ci ildə yenidən "Qalatasaray"a qayıdan təcrübəli çalışdırıcının ilk oyunu "Olimpiakos"a qarşı olmuş (yoxlama oyunu) və komandası qalib gəlmişdi. Ancaq bütövlükdə mövsüm onun üçün uğursuz alınmışdı. "Fənərbağça"nın 2002-ci ildəki tarixi 6:0 hesablı qələbəsi də Terimin bu dövrünə təsadüf etmişdi və "İmperator" 2004-cü ildə postundan istefa vermişdi.

8. 2005: Bolqarıstan – Türkiyə 3:1
Təcrübəli çalışdırıcı 2005-ci ildə yenidən Türkiyə millisinin "sükanı arxasına" gətirilmiş və Bolqarıstan seçməsiylə keçirilən ilk qarşılaşmada məğlubiyyətlə üzləşmişdi. "Ay-ulduzlular" Terimlə ikinci dönəmin ilk rəsmi matçını isə DÇ-2006-nın seçmə mərhələsi çərçivəsində Danimarkaya qarşı keçirmiş və 2:2 hesablı heç-heçəyə razılaşmalı olmuşdu. Həmin tsikldə Türkiyə yığması final mərhələsinə vəsiqəni pley-off qarşılaşmasında – İsveçrəylə matçda qalib gəlməklə qazanmış və bu, türkiyə futbolu tarixinə qızıl hərflərlə yazılmışdı.

9. 2011-2012: "İstanbul BB" – "Qalatasaray" 2:0
2009-cu ildə millidən ayrılan və 2 il heç bir yerdə işləməyən "İmperator" 2011-ci ildə yenidən "Qalatasaray"ın başına keçdi. Komandası Türkiyə Superliqasına "İstanbul BB"-yə məğlub olmaqla başlasa da, sonunda çempionluğu bayram etmişdi.

10. Və indi…
2013-2014-cü illər mövsümünə "Qalatasaray"la başlayan Terim Türkiyə yığmasının DÇ-2014-ə apara biləcək yeganə şəxs kimi millinin də "sükanı arxası"na gətirildi. "Ay-ulduzlular"a budəfəki qayıdışı əla alındı – komandası bu gecə Andorranı 6 cavabsız qolla məğlub etməklə final mərhələsinə adlamaq şansını qorumuş oldu.

Son yazılar

To Top