Gürcüstanda 2017-ci ilin ən yaxşı futbolçusu müəyyənləşib. Rusiyanın “Lokomotiv” klubunun futbolçusu Solomon Kverkveliya birinci olub.
Bu, 25 yaşlı müdafiəçinin ikinci belə mükafatıdır. Gürcüstan millisinin üzvü ilk dəfə 2014-cü ildə bu ada layiq görülmüşdü.
Qeyd edək ki, bu mövsüm “Rubin”dən Moskva klubuna keçən Kverkveliya 31 oyunda meydana çıxıb və 3 qol vurub.