Futbolçu göldə batdı
06.07.2020 , 18:59
“Nottingem Forest”in sabiq futbolçusu Derrik Otim faciəvi şəkildə dünyasını dəyişib.
Korner.az xəbər verir ki, 24 yaşlı keçmiş yarımmüdafiəçi ABŞ-ın Cənubi Karolina ştatında yerləşən Keovi gölündə üzərkən batıb.
Son olaraq “Detroyt Siti”də çıxış etmiş ingiltərəli forvardın dostları ilə görüşmək üçün həmin bölgəyə getdiyi bildirilir.