Türkiyə Superliqasında 2013-14 mövsümünün sonuncu turu keçirilir.
Korner.az-ın məlumatına görə, "Kayserispor" evində çempion "Fənərbağça"ya 2:0 hesabıyla məğlub olub.
Qollara Kristian Baroni və Mousa Sov imza atıb.
Qeyd edək ki, "Fənərbağça" bu nəticə ilə də çempionatı 74 xalla başa vurdu.