“Bakı”nın prezidenti Hafiz Məmmədovun Fransa ikinci liqasında mübarizə aparan klubu “Lans” artıq Fransa yüksək liqasında çıxış edəcək.
Korner.az-ın məlumatına görə, bu gün 2013-14 mövsümündə son oyununa çıxan “Lans” klubu səfərdə “Bastia”nı 2:0 hesabıyla məğlub edib.
“Land of Fire Azerbaijan” formalı komanda çempionatı ikinci pillədə tamamlayıb.