"Fənərbağça" bu mövsüm ikinci rəsmi transferini reallaşdırıb.
Korner.az-ın məlumatına görə, "sarı-lacivərdlilər" hollandiyalı Dirk Kaytdan sonra, Bank Asiya 1-ci liqasında çıxış edən "Bucaspor"un gənc futbolçusu Salih Uçarı heyətinə qatıb.
Klub futbolçu ilə 5 illik müqavilə bağlayıb. "Sarı-bülbüllər" bu keçid üçün 1.5 milyon avrosundan keçməli olub.