big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“Kəpəz”i idarə edənlər peşəkar insanlar deyil” – MÜSAHİBƏ

06.06.2012 , 19:06

Gəncədə fəaliyyət göstərən "Xəmsə" fan klubunun rəhbəri Adil Məmmədovun Korner.az saytına müsahibəsi.

-"Kəpəz"in azarkeşi kimi arxada qalan mövsümü komandanız üçün necə dəyərləndirirsiz?

Mövsümü çox pis dəyərləndirirəm. Mövsümü 9-cu pillədə bitirən klubu hər halda tərifləmək olmaz.  "Kəpəz"in adına layiq olmayan oyun göstərdilər. Gəncə kimi şəhərin adına xələl gətirəcək bir futbol sərgilədilər.

-Bəs Adil müəllim necə oldu ki, "Xəmsə" fan klubunu yaratdınız?

Ümumiyyətlə "Xəmsə" fan klubu 2009-cu ildən bu yana fəaliyyətdədir. Bildiyiniz kimi, Gəncə bir müddət futbolsuz qaldı. Və şəhərdə bir çox futbol həvəskarları Azərbaycan Premyer Liqasından müxtəlif klublara azarkeşlik edirdilər. Onlardan da biri mən idim ki, "Xəzər Lənkəran"ın tərəfdarı idim. Təbbi ki, bu hal bir gəncəli kimi mənə xoş deyildi. Odur ki, özümə söz verdim. Gəncədə futbol yaranan günün sabahısı, məndə fan klub yaradacam deyə. Uzun sözün qısası 2009-cu ilin may ayında eşitdim ki, böyük şəhərə futbol qayıdır. O vaxtı "Gəncə" adı ilə. Söz verdiyim kimi, sabahı gün fan klub quruldu. Həmin vaxt sözün düzü sayımız az idi. 5 nəfər idik.

-Bəs sizə fan klubu yaratmaqda köməklik göstərən kimlər oldu?

Həmin 5 nəfər mənimlə hər zaman futbola baxmağa gedən dostlarım idi. Onlar məndən yaşca kiçik idilər. Ancaq futbol azarkeşisənsə, yaşın bir önəmi yoxdur. Və yekunda 2009-cu il iyun ayının 20-dən "Xəmsə" fan klubu fəaliyyət göstərir.

-Fan klubun adını nə üçün məhz "Xəmsə" qoydunuz?

Çox maraqlı sualdı. Mən oturub dostlarıma söhbət edirdim. Birdən  televizorda "Xəmsə" sözünə rast gəldim. Düşündüm fan klubumuzun adı da belə olmalıdır. Çünki bura Gəncə yurdu Nizaminin şəhəridir.

-Azərbaycan kubokunun final oyunu çərçivəsində "Neftçi" – "Bakı" matçında  "Böyük klub kiçik hədəf. Belə klub kimə gərək" adı altında plakat açmışdınız. Siz bununla nə demək istəyirdiniz?

Belə klub kimə gərəkdir? Mən yenə deyirəm əgər klub böyükdürsə, bəs niyə qarşılarında kiçik hədəf qoyublar? Bu gün ki, gündə "Kəpəz"in hədəfi mən deyərdim yoxdur. Bunu heç cürə qəbul edə bilmirəm. Axı biz azarkeşik komandamızdan uğurlu çıxış gözləyirik. Əvvələr sonuncnu tura qədər həyəcanla gözləyərdik. Görəsən çempion ola biləcəyikmi. Ancaq son iki mövsüm belə olmadı. Ancaq Premyer Liqada qalmaq uğurunda mübarizə apardıq.

-Sizcə komandanın uğursuz çıxış etməsində günah kimdədir?

Günah əlbətdə rəhbərlikdədir. Klubu idarə edənlərdə. Ancaq açığını desəm burada maliyyə də öz sözünü deyir. Sponsorlar da kluba pul ayırmırlar. Ancaq bir şeyi tam əminliklə deyə bilərəm ki, "Kəpəz"i idarə edən şəxslər peşəkar deyillər. Düzgün idarəçilik etmirlər. Onlar komanda yaranandan bu yana 3 il ərzində nəsə öyrənməli idilər. Peşəkarlığa doğru addım atmalı idilər. Lakin hər kəs görür ki, burda irəliləyişdən söhbət belə gedə bilməz.  Qətiyyətlə deyirəm rəhbərlik düzgün yolda deyil. 

-Bəs dediyiniz kimi peşəkar olmaqdan ötrü nə lazımdır? Klub nə kimi addımlar atmalıdır?

Belə bir atalar məsəli var "Ölünü öz başına buraxsan, kəfəni cırar". Onları öz başına buraxsan hələ bundan da pis vəziyyətdə olarlar. Mənim şəxsi fikrim belədir ki, Gəncə Şəhəri İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev klubu öz nəzarəti altına götürə, bəlkə ondan sonra nəsə bir irəliləyiş oldu. Çünki Elmar müəllim özü futbola qayğı göstərən  şəxsdir. Həm də futbol azarkeşidir. O Yevlaxda işlədiyi vaxtlar "Karvan" komandasının yaranmasında böyük pay sahibi olmuşdu.

Hidayət QURBANOV

Son yazılar

To Top