"Bakı" təxminən, 20 günlük fasilədən sonra hazırlıqlara start verdi. Korner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Kubokunu qazanmaqla Avrokuboklara vəsiqə qazanan "Bakı" qarşıdakı Avroliqa turniri və növbəti mövsümün hazırlıqlarına bu gün klub bazasında keçirdiyi yüngül məşqlə başlayıb.
Saat 19:00-da klubun təlim-məşq bazasında məşqə çıxan futbolçular baş məşqçi Novruz Əzimovun nəzarəti altında fiziki təmrinlər üzərində çalışıblar. 15 futbolçunun iştirak etdiyi məşq 1 saat davam etdi. Növbəti məşq sabah eyni məkanda baş tutacaq.
