big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Etiraf elə, Qurban hoca..!

18.06.2014 , 03:01

Qurban Qurbanovun futbolçu, xüsusilə də məşqçi kimi Azərbaycan futbolu üçün etdiklərini sadalamaq istəmirəm. Görünən kəndə nə bələdçilik? Ancaq təxminən bir ilə yaxındır məndən inciyən (səbəbini də biləcəksiz) “keçmiş” dostuma elə də uzaq olmayan keçmişdən bir-iki məsələni xatırlatmağı vacib bilirəm. Ki, bəlkə ya mənə, ya da ona gələcəkdə lazım oldu…

…Azərbaycan çempionatının 2008-2009-cu illər mövsümü. “Qarabağ” Bosniya və Herseqovina “Nak Bredak”ından Nidal Fərhadoviçi və “Xəzər Lənkəran”dan Zaur Ramazanovu transfer edir. Zaurun “bərkgedən” vaxtlarıdı, əvvəlki mövsümdə 66 oyuna 33 qol vurub, bombardir olub. Nidal isə Azərbaycan futboluna yaddır. Hər iki futbolçunun oyun üslubunu görür və o vaxt çalışdığım “Futbol dünyası” qəzetində “Qurban Qurbanovun səhvləri” sərlövhəli yazı yazıram. Yazı başdan-ayağa təhlil və statistik faktlar üzərində qurulub. İsrarla deyirəm ki, Qurban hoca, Zaur sənin sisteminin oyunçusu deyil, bax, neçə oyunda meydana buraxırsan əsas heyətdə, bir qəpiklik faydası yoxdu sənə, komandana. “Bir də Nidala bax” – deyirəm Qurbanova. Nidala baxılır, amma Zaurun əvəzləyicisi kimi. Halbuki Ramazanovdan fərqli olaraq, meydana çıxdığı, demək olar, hər oyunda qol vurur, komandanı xilas edir məğlubiyyətlərdən, qələbə qazandırır boşnak. Çox-çox sonralar eşidirəm ki, gələcək dostum məndən inciyib bu yazıya görə. Hətta, inciklik redaksiya rəhbərliyinə qədər gəlib çıxıb… Mövsüm bitir və ötən mövsümün bombardiri meydana çıxdığı 24 oyunda vur-tut 4 qol vurur. Təbii, daha az oyunda forma şansı verilən Nidal ondan daha çox top vurur. Nəticə: Qurbanov mövsümün sonunda hər iki oyunçunu göndərir…

…2013-cü il. Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Bakıda “Aytraxt”la oyundan sonra mətbuat konfransında yox, ikilikdə söhbət edərkən deyirəm: “Kaş Leroyu əvəzləyəydin, hoca”. Bu, 4 sözlük cümlə kifayət edir ki, Qurbanov növbəti dəfə incisin, ortaq dostlarımıza “bunu hamı deyə bilərdi, gərək Saleh deməyəydi” – desin . Halbuki əminəm, Qurban bəy o oyunun “ən zəif bənd”inin Leroy olduğunu bilirdi. Doğrudu, hər dəfə top itirəndə azarkeşlərin Leroyu fitə basmasını, hətta söyməsini, “Qurban, çıxart da bunu!” qışqırığını Qurbanov görmürdü, eşitmirdi, mən görürdüm, mən eşidirdim. Və dostumun fitə basılmasını qəbul etmirdim, edə bilmirdim. Ancaq necə ola bilərdi ki, tribunalardakı azarkeşlər, biz jurnalistlərin gördüyünü Qurban bəy görməsin?

…Ötən mövsüm Qurbanovu incik salan bir mövzu da oldu: Gelaşvili. Gürcü balası Avropa Liqasının 8 oyununun hamısında oynadı, bir qol da vura bilmədi. Topaz Premyer Liqasının oyunlarının, bəlkə də, 80-85 faizində meydanda oldu, bir əlin barmaqları qədər qol vurdumu? Biz “Qurban bəy, bu futbolçu sənin komandan üçün deyil” – dedikcə Qurbanov Nikolası müdafiə etdi, hər dəfə onun karyerasını xatırlatdı, səbir etməyimizi istədi. Halbuki “hər karyerası zəngin futbolçu hər yerdə, hər komandada baş çıxara bilməz” aksiomunu Qurbanov çox gözəl bilir. O, sadəcə israr etdi. Zaurda israr etdiyi kimi. Filanıncı dəfə futbolçusunu qorumaq istədi. Və yenə filanıncı dəfə özünü “yandırdı”. Nəticə: dünən Gelaşviliylə yollar ayrıldı.

P.S. İstərsən, bir daha inci, yenə deyəcəm: etiraf elə, hoca, biz səni səndən çox düşünürmüşük!

P.P.S. Yenə incidinmi, dost..?

Son yazılar

To Top