Almaniya Bundesliqasında 26-cı turun oyunları keçirilib.
Korner.az-ın məlumatına görə, azərbaycanlı qapıçı Emil Balayevin komandası – “Ayntraxt” da növbəti matçına çıxıb.
Frankfurt klubu səfərdə “Ştutqart”la qarşılaşıb. Matç futbolçumuzun komandasının 3:1 hesablı məğlubiyyəti ilə başa çatıb. Emilin adı yenə matçın iştirak ərizəsinə salınmayıb.
Qeyd edək ki, “Ayntraxt” hazırda 34 xalla 8-ci pillədə qərarlaşıb.
