Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Ağsu”nu məğlub edən “Qəbələ” növbəti mərhələyə vəsiqə qazandı.
Korner.az-ın məlumatına görə, “Qəbələ”nin baş məşqçisi Dorinel Munteanu oyundan sonra öz fikrilərini bildirib:
“Kubok oyununda sürprizlər olur. Amma şadam ki, komandamız bu gün yaxşı oynadı və mərhələ adladı. Futbolçularımı təbrik edirəm. Lakin biz bu oyunu unutmalı və çempionatdakı oyunlara hazırlaşmalıyıq”.
