Del Pyero klub sahibi olub
25.02.2019 , 17:04

İtaliyalı əfsanəvi futbolçu Alessandro Del Pyero yeni biznesə başlayıb.
44 yaşlı sabiq futbolçu Kaliforniya ştatının Los Anceles şəhərində çıxış edən “La 10” klubunun yeni sahibi olub. Del Pyeronun sahibləndiyi “La 10” klubu Amerika 5-ci liqasında çıxış edir.
Qeyd edək ki, İtaliya və “Yuventus” klubunun əfsanəsinin sonuncu çıxış etdiyi komanda Hindistanın “Deli Dinamos” klubu olub.
