“Barselona”dan ayrılacağı gözlənilən braziliyalı müdafiəçi Dani Alvesə klubla olan müqaviləsini artıra bilər.
Korner.az-ın məlumatına görə, “katalonlar” 31 yaşlı futbolçuya bu həftənin axırına qədər müqavilənin uzadılması ilə bağlı təklif edəcək.
Qeyd edək ki, Alveslə PSJ, “Yuventus”, “Liverpul”, “Mançester Yunayted”, “İnter” kimi klublar yaxından maraqlanır.
