UEFA Avropa çempionatının yarımfinal oyunlarına hakim təyinatlarını açıqlayıb. Korner.az-ın məlumatına görə, türkiyəli hakim Cüneyt Çakıra Portuqaliya ilə İspaniya yığmaları arasında Donetskdəki oyunu idarə etmək tapşırılıb. Ona həmyerliləri kömək edəcək. Digər yarımfinal matçı isə fransız hakimlər təyinat alıb. Belə ki, Varşavada keçiriləcək Almaniya – İtaliya matçı Stefan Lannua idarə edəcək.
