big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Digər idman növləri

Şərhçilərimiz üçün treninq

25.06.2012 , 17:56

22 – 24 iyunda Mingəçevir şəhərindəki “Kür” Olimpiya Tədris İdman Mərkəzində 2012-ci il London Yay Olimpiya Oyunlarını Azərbaycanda yayımlayacaq telekanallar üçün treninq keçirilib. Treninq Azərbaycan Milli Avarçəkmə Federasiyası (AMAF) və İdman Araşdırmalar Mərkəzinin (İAM) birgə təşkilatçılığı ilə baş tutub. Dərslərdə olimpiadanın yayım hüququna malik telekanalarımızın şərhçiləri Elman Himayətoğlu, Mahir Cəbiyev (hər ikisi İctimai Televiziya) və Fərid Ramazanov (“İdman Azərbaycan”) qatılıblar. Məşğələləri akademik avarçəkmə, eləcə də kayak və kanoe üzrə məşqçilər İlqar Tağıyevlə İsfəndiyar Cəfərov aparıblar.

Treninq ərzində akademik avarçəkmə, kayak və kanoe növləri, onların xüsusiyyətləri, 2012-ci il London Yay Olimpiya Oyunlarında mübarizə aparacaq Azərbaycanın akademik avarçəkənləri və kanoeçiləri barədə ətraflı məlumatlar verilib, nəzəri və praktiki məşğələlər keçirilib. Məşqçilər şərhçiləri olimpiya və qeyri-olimpiya təyinatlı qayıqlar, onların ölçüləri, hissələri, texniki xarakteristikası, yarış ərzində idarə edilmə qaydaları, akademik avarçəkənlərimiz Aleksandr Aleksandrov və Nataliya Mustafayeva, kanoeçilərimiz Valentin Demyanenko, Sergey Bezuqlıy – Maksim Prokopenko duetinin olimpiadayadək keçdikləri çətin sınaqlar və s. barədə məlumatlandırıblar. Onlar hər üç növ üzrə qayıqlarla suda hərəkət edən gənc və yeniyetmə avarçəkənləri izləyiblər.

Şərhçilər Azərbaycanda 2006-cı ilin sonlarından bərpa olunan və qısa müddətdə dirçəliş dövrünə qədəm qoyan avarçəkmə növlərinə yaxından maraq göstəriblər. Öz növbəsində AMAF rəhbərliyi treninqin yüksək səviyyədə keçməsi üçün lazımi şəraiti yaradıb. Federasiyanın vitse-prezidenti və “Kür” Olimpiya Tədris-İdman Mərkəzinin direktoru Natiq Abbasov treninqin gedişi ilə yaxından maraqlanıb, televiziya əməkdaşlarının məşğələ və asudə vaxtlarının səmərəli təşkili üçün əlindən gələni əsirgəməyib. Treninqin sonunda digər vitse-prezident Rəhman Xanlarov teleşərhçilərə fəal iştiraklarına görə sertifikatlar təqdim edib. Televiziya əməkdaşları da öz növbələrində məşğələlərin səmərəli keçdiyini və əldə etdikləri bilik və təcrübənin şərhlər zamanı faydalı olacağına əminlik ifadə ediblər.

İAM treninqin təşkilində göstərdiyi hərtərəfli köməkliyə görə AMAF və “Kür” Olimpiya Tədris İdman Mərkəzi rəhbərliyinə təşəkkürünü bildirir və digər federasiyaları və idman qurumları ilə də əməkdaşlığa hazır olduğunu bəyan edir.

İdman Araşdırmalar Mərkəzinin məlumatı

Son yazılar

To Top