Növbəti mövsümə hazırlıqları davam etdirən "Simurq" klubu artıq təlim-məşq toplanışının ikinci mərhələsinə start verib.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, iyunun 23-ü səhər saatlarında Türkiyəyə yollanan komanda Kartepe istirahət zonasında yerləşən "Green Park" hotelində məskunlaşıb.
Bir günlük istirahətdən sonra hazırlıqlara başlayan Georgi Çixradzenin komandası gündə iki dəfə olmaqla məşqləri davam etdirir. Məşqçilər korpusunun əsasən fiziki ağırlıqlı tapşırıqlarını yerinə yetirən komanda iyulun 6-da vətənə dönəcək.
Qeyd edək ki, "Simurq"un düşərgəsinə artıq dörd yeni legioner futbolçular qoşulub. Bunlar Mozambik yığmasının üzvləri müdafiəçi Joao Euriko Martins Aguair və hüçumçu Sonitodur. Bu futbolçularla yanaşı, serbiyalı yarımmüdafiəçi Novkovic və makedoniyalı hücuma meylli yarımmüdafiəçi Vasko Miterev də komandamızla birlikdə gündəlik məşqlərə çıxır. Hazırda baxışda olan bu futbolçular haqqında son qərarı baş məşqçi Georgi Çixradze verəcək.