big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Premyer Liqa

“Çox pis oynadıq” – Şahin Diniyev

14.10.2017 , 15:08

Topaz Premyer Liqasının VIII turunun “Zirə” – “Kəpəz” (3:0) matçından sonra qonaq komandanın baş məşqçisi Şahin Diniyev mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

O, əvvəlcə matçla bağlı fikirlərini bildirib:

– Çox pis oynadıq. Bu, bizim oyunumuz deyildi. Matçı əks-hücumlar üzərində qurmuşduq. İlk hissədə oyunumuz alındı. Rəqib müdafiəmizi yara bilmədi. Ancaq ikinci hissədə hər şey dəyişdi. Komanda ikinci hissədə irəli çıxdı, qol vurmaq istədi. Bunun da nəticəsində qapımızda 3 qol gördük. Çox acınacaqlı məğlubiyyətdi. Bu oyunu unudub, qarşıdakı matçlara hazırlaşmalıyıq.

– Komanda keçən tur “Qəbələ”ni məğlub etmişdi. Bu gün isə böyük hesabla uduzdu. Bu cür gedişatın səbəbi nədi?

– Ustalığımız o səviyyədə deyil. Qol buraxanda geri dönüş edə bimirik. “Zirə”nin ustalıq səviyyəsi bizdən çoxdu. Buna görə hesabda geri düşdükdən sonra cavab qolu vura bilmədik. Əvəzində rəqib iki dəfə fərqləndi.

– Növbəti turda cari mövsümdə ilk dəfə evdə çıxış edəcəksiz…

– Futbol ev və ya səfər oyunundan ibarət deyil. Müasir futbolda bu cür anlayış yoxdu. Bu gün stabil oyun nümayiş etdirə bilmirik. Əsas problem budu. “Qəbələ”ni səfərdə məğlub etmişdik. Düzdü, ev qarşılaşmasında azarkeş amili müəyyən kömək edir, futbolçulara motivasiya verir. Heyətimizin böyük hissəsi yenilənib. Hər oyun fərqli çıxış edirik.

– Rəqibləriniz əvvəllər Gəncədə büdrəyəndə, buna səbəb kimi ot örtüyünü göstərirdilər. Sizcə, stadionun ot örtüyünün dəyişdirilməsi sizin xeyrinizə olacaq, ya ziyanınıza?

– Keçən mövsümdə evdə daha çox xal itirirdik, nəinki səfərdə. Ot örtüyünün dəyişdirilməsi bizim də xeyrimizə olacaq. Nəticədən asılı olmayaraq, əsas odu, keyfiyyətli futbol izləyəcəyik.

– Qarşıdakı oyunlarda hansısa dəyişiklik gözlənilir?

– Bizim əlimizdə olan budu. Nə isə dəyişiklik edəcəyiksə, bu, taktiki dəyişiklik ola bilər. (FutbolPress.az)

Son yazılar

To Top