Premyer Liqadakı fasilədən istifadə edərək İspaniyaya gedən Con Toşak “Marca” qəzetinə Qaret Beyl haqqında açıqlama verib.
Korner.az-ın məlumatına görə, o, Beylə bu qədər pul ödənilməsində futbolçunun heç bir günahının olmadığını deyib.
Uelsli baş məşqçi həmçinin həmyerlisinin Messi və Ronaldo səviyyəsində futbolçu olduğunu da qeyd edib.
