big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Ceyhun Məmmədov: Onlardan soruşmaq lazımdı ki, öz heyətinizlə “Araz-Naxçıvan”ın heyətini müqayisə etmisiz?” (MÜSAHİBƏ)

24.12.2013 , 08:11

"Araz Naxçıvan" klubunun mətbuat katibi Ceyhun Məmmədovun Koner.az-a müsahibəsi.

 – "Araz Naxçıvan" çempionatın ilk dövrəsinin çempionu oldu. Qış çempionluğunu necə dəyərləndirərdiniz ?
 – Əslində, bunu mənim dəyərləndirməyim bir qədər düzgün çıxmazdı. Baş məşqçi və ya məşqçilərimiz fikir bildirsəydi daha məqsədəuyğun olardı. Ancaq onu deyim ki, lider olmaq nə qədər asandısa, onu qorumaq da bir o qədər çətindi. Əsas məqsədimiz qışda əldə etdiyimiz bu uğuru, maya kimi davam etdirməkdi. Bu futboldu, hər şey ola bilər, üzləşəcəyimiz məğlubiyyətlərə hazır olmalıyıq. Əsas komandanın motivasiyasıdı ki, onu da məşqçilərimiz futbolçulara çox yaxşı aşılayıblar. Çətin oyunlarımız oldu, hər oyuna eyni tərzdə hazırlaşdıq. Düşünmədik ki, qarşılaşacağımız rəqib "Göyəzən"di və ya "Qaradağ Lökbatan"dı. Hər oyuna son matç kimi çıxdıq və nəticəsi də göz qabağındadı.
 
 
 – 15-ci turda komanda "Neftçala"ya məğlub oldu. Həm azarkeşlər, həm də komandanın rəhbərliyi məğlubiyyətdə əsas pay kimi hakimləri gördü. Şikayətlərinizə baxıldı ?
 – Burda azarkeşlər öz iradlarını bildirdilər və hakimlikdən şikayət etdilər. Ancaq klub rəsmiləri etiraz əlaməti olaraq aidiyyəti qurumlara öz iradlarını bildirdi. Bizim işimiz futbol oynamaqdı, onların işi isə hakimlik etmək. Odu ki, biz onların necə hakimlik etdiyinə sivil qaydada etiraz edirik. "Neftçala" ilə matçda əsas şikayətimiz oyunun yan xətt hakimləri Rza Məmmədov və Knyaz Əmiraslanovun oyundan sonra etdiyi hərəkətlərlə bağlı idi. Ancaq buna baxılmadı, həmin turdan sonra hər iki referi oyun aldı.
 
 
 – Lakin "Neftçala" ilə oyuna kimi bəzi komandalar sizinlə qarşılaşdıqları matçdan sonra  məğlubiyyətlərinin əsas səbabkarı kimi hakimləri görürdü. Hər oyundan sonra hansısa komandanın baş məşqçisi və ya klubun idarəçisi hakimi "aldığınızı" bildirirdi…Hətta "Neftçala" ilə oyunda belə baş məşqçiləri hakimin sizin tərəfinizdə olduğunu bildirdi.
 – Gəlin belə danışaq. Bizim haqqda danışan klub rəsmiləri və ya məşqçilərdən soruşmaq lazımdı ki, "siz öz heyətinizlə "Araz-Naxçıvan"ın heyətini müqayisə etmisiniz?" Məncə, etməyiblər. Hazırda komandanın heyətində Azərbaycan millisinin müxətlif yaş qruplarında çıxış etmiş 10-dan çox futbolçumuz var. Yəni heyət baxımından biz qələbə qazanmaq üçün lazım olan futbolçuları almışıq. Bu cür söhbətlər klub olaraq heç vaxt münasibət bildirməmişik. Əgər belə söz-söhbətlər davam edərsə, klubun mənafeyinə zidd olan sözlər söylənilərsə, bunu qanun çərçivəsində həll edəcəyik. Çünki bu bir böhtandı, atılan böhtan isə komandanı nüfuzdan salır.
 
 
– Heyətdən söz düşmüşkən, komandadan ayrılacaq futbolçuların bəlli olduğunu öyrəndik. Həmin futbolçular hanslıardır ?
– Hələ tam olaraq bəlli olmayıb. Bunu baş məşqçi deyəcək. İkinci dövrənin hazırlıqlarına başlamamışdan öncə yəqin ki, bunu ictimaiyyətə açıqlayacağıq.
 
 
 – Bəs komandaya yeni futbolçular gətiriləcək?
 – Təbii ki, gedən futbolçuların əvəzinə yeni oyunçular gətiriləcək.
 
 
 – Yeni gələn futbolçular Birinci divizionda çıxış edən futbolçular olacaq yoxsa Premyer Liqa klublarının futbolçuları olacaq ? Yaxud ölkə xaricindən transfer etməyi fikirləşirsiniz?
 – Əgər çempion olmaq istəyiriksə, yeni futbolçular da transfer etməliyik. Bunun üçün baş məşqçimiz Əsgər Abdullayev bir neçə oyunçunu təlim-məşq toplanışı zamanı sınaqdan keçirəcək və bəyənilən, özünü doğruldan oyunçu ilə müqavilə imzalanacaq. Birinci divizionda çıxış etdirimizə görə, elə bu çempionatda təcrübəsi olan oyunçulardan yararlanmaq istəyirik. Təbii ki, Premyer Liqadan da oyunçu almaq istərdik, ancaq onların gəlib-gəlməyəcəyi məlum deyil. Komandanı baş məşqçi qurur, yəni o, öz taktikasına uyğun futbolçu seçir. Seçim imkanı onda olduğuna görə, klub rəsmilərindən heç kim transfer məsələsinə qarışmır. Sadəcə komandaya xeyir verə biləcək oyunçu almaq niyyətindəyik.


 
– Komanda qış fasilə zamanı təlim-məşq toplanışına yollanacaq? Bu baş verəcəksə seçim hara olacaq?
 – Gələn ayın 5-də komanda Bakıda bir araya gələcək. İlk olaraq, Naxçıvanda təlim-məşqə start vermək istəyirdik, ancaq məlum hava şəraitinə görə bu alınmadı. Bakıda bir araya gəldikdən sonra orda məşqlərə başlayacağıq. Olar bilər ki, elə sonadək Bakıda qaldıq.
 
 
 – PFL-in rəhbəri Ramin Musayev son müsahibəsində "Araz Naxçıvan"ın büdcəsinin heçdə "Neftçala", "Qaradağ Lökbatan", "Şahdağ" kimi klubların büdcəsindən çox olmadığını, əksinə hələ az olduğunu bildirib. Onun bu fikirləri çempion olduğunuz təqdirdə komandaya lisenziya verilməsinə problem yaratmazki ?
 – Xeyr, yaratmayacaq. Biz digər klublarla müqayisədə daha çox vəsait xərcləyirik. Çünki Naxçıvana komandalar bir dəfə gəlir, biz isə mövsüm ərzində 15 dəfə səfər etməli olacağıq. Təbii ki, bunların hamısı vəsait tələb edir. Onu deyim ki, klub olaraq heç vaxt heç nədən şikayət etmək fikrimiz yoxdu. xüsusilə də maliyyə məsələləri ilə bağlı. Lisenziya almaqda təkcə məsələ maliyyə tərəflə ölçülmür, eyni zamanda digər meyarlar da var ki, artıq bunun hazırlıqlarına başlamışıq.
 
 
 – Azarkeşlər arasında apardığım sorğuya əsasən komandanın ən sevimli işçisi sənsən? Bunun səbəbi nədir ?
 – Bax buna sevindim (gülür) İlk olaraq onu deyim ki, mən jurnalistəm və klubda çalışdığım müddətdə də yenə öz işimi davam etdirəcəm. Təbii ki, klubun işi öndə gələn məsələdi, özü də 12 il futbolu olmayan bir region klubunun. Komandanın uğurunda mənim də payımın olması sevindiricidi. Azarkeşlərə də təşəkkürümü bildirirəm. Qısa vaxt kəsiyində onların bu cür bir araya toplaşması təqdirəlayiq haldı. "Araz-Naxçıvan"ın qələbələrində onların əməyi danılmazdı, xüsusilə, səfər matçlarına gəlib komandanı dəstəkləmələri futbolçulara əlavə motivasiya verir.

İLKİN Sultanlı
 

Son yazılar

To Top