Bu gecə Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib.
Korner.az-ın məlumatına görə, iki oyunda cəmi 1 qol vurulub.
Bu cütlüklərin cavab qarşılaşmaları aprelin 22-də baş tutacaq.
Çempionlar Liqası
1/4 final, ilk oyunlar
14 aprel
“Atletiko” (İspaniya) – “Real” (İspaniya) – 0:0
Baş hakim: Milorad Majiç (Serbiya)
Madrid. “Visente Kalderon” stadionu
“Yuventus” (İtaliya) – “Monako” (Fransa) 1:0
Qol: Arturo Vidal, 57-pen.
Baş hakim: Pavel Kralovets (Çexiya)
Turin. “Yuventus” stadionu