big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Digər idman növləri

“Bürünc Əli” ailəsindən danışır: “Evin kişisi mənəm, mən deyən olmalıdır” (MÜSAHİBƏ)

31.03.2014 , 08:15

Bu ailədə idmanla məşğul olmayan yoxdur. Əli İsmayılovu hamı tanıyır. 1999 və 2000-ci ildə müvafiq olaraq, dünya və Avropa çempionatında bürünc medal qazandığı üçün ona “Bürünc Əli” də deyirlər. Sonradan peşəkar boksla da məşğul olub və döyüşlərinin çoxunu qələbə ilə başa vurub. Həyat yoldaşı Cəmilə İsmayılovanı isə gənc nəsil bəlkə də çox tanımır. Amma o, vaxtilə idman gimnastı kimi dəfələrlə SSRİ çempionatlarının, Yay Universiadasının, Məktəblilərin Spartakiadasının qalib və mükafatçısı olub. İsmayılov Azərbaycanın əməkdar idman ustası, İsmayılova isə SSRİ-nin idman ustasıdır.
 
Onların övladları da valideynlərinin yolunu davam etdirirlər. Biri boks, digəri idman gimnastikası ilə. Gerisini Əli İsmayılov Ailem.az-ın “İdmançı ailəsi” rubrikası üçün danışır…
 
– Cəmilənin idmançı karyerası SSRİ-nin son illərinə təsadüf edib. Azərbaycanın müstəqillik qazanmasından sonra həyat yoldaşım karyerasını başa vurmuşdu. Çünki bu növdə idmançı karyerası erkən başlanır və tez də yekunlaşır. Hər ikimiz indiki Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında eyni qrupda oxuyurduq. Bir-birimizlə elə ali məktəbdə ikən tanış olduq. Tanışlıqdan sonra məlum oldu ki, sən demə, hər ikimiz Bakının Nərimanov rayonunun sakinləriyik. Həm də qonşu məhəllələrdə qalırmışıq. Ali məktəbi bitirdikdən sonra əsgərliyə getdim. Bir illik xidmətimi Ordu İdman Klubunun idman bölüyündə çəkdim. Həmin vaxt da nişanlandıq. Əsgərlikdən qayıdandan sonra – 1998-ci ildə 24 yaşımızda ikən ailə qurduq. Hazırda bir oğlumuz, bir qızımız var.
 
 
– Hazırda özünüz və həyat yoldaşınız hansı işlə məşğulsunuz?
  
– Hər ikimiz məşqçi kimi çalışırıq: mən “Gilan” klubunda, Cəmilə isə Gimnastika Məktəbində. İdmançı karyeramızı başa vursaq da, idmandan ayrılmamışıq. Sevimli idman növümüzün inkişafına xidmət edirik. Bu məqsədlə boksçu və gimnastlar hazırlayırıq. Həm mənim, həm də həyat yoldaşımın yaxşı yetirmələri var. Amma həyat yoldaşımın məşqçilik təcrübəsi daha böyükdür. Onun 20 il, mənim isə 4 il stajım var. Məşqçilikdə ilk addımlarımı atıram. Düzdür, idmançı kimi təcrübəm böyükdür. Bu təcrübəmdən məşqçilikdə də düzgün formada yararlanmağa, güclü idmançılar yetişdirməyə çalışıram.  
 
– Övladlarınız üçün kumir müəyyənləşdirmisiniz?
 
– Böyüyü oğlandır, adı Məhəmmədəlidir. Ona boks kralı Məhəmməd Əlinin adını qoymuşam. Qızımızın adı isə Aliyədir. Hazırda hər ikisi idmana gedir. Oğlumla mən, qızımla həyat yoldaşım məşğul olur. Oğluma həmişə deyirəm: “Kimin adını daşıdığını yaddan çıxarma!”. 2000-ci il Sidney Yay Olimpiya Oyunları vaxtı Məhəmməd Əli ilə görüşmüşdüm. Ona tərcüməçi vasitəsilə çatdırmışdım ki, adını yeni doğulan oğluma vermişəm. Həmin vaxt boks kralının ağzından məşhur sözlər çıxmışdı: “Mən XX əsrin Məhəmməd Əlisi idim. İnşallah, sənin oğlun XXI əsrin Məhəmməd Əlisi olsun!”. Hazırda bu arzunu həyata keçirməyə çalışırıq. Qızımıza gəldikdə, onun gələcəyini hər dəfə həyat yoldaşımla müzakirə edəndə bədii gimnastımız Aliyə Qarayevanın əldə edə bilmədiyi uğurlara balaca Aliyənin idman gimnastikasında çatacağını deyirik. Yəni övladlarımız yolumuzu davam etdirməlidirlər.  
 
– Daha öncə söhbət etdiyimiz idmançı ailə başçılarından bir neçəsi qadının idmanla məşğuliyyətini elə də məqsədəuyğun saymadığını bildirib…
 
– Baxır hansı idman növü ilə. “Qadınlar ümumiyyətlə idmanla məşğul olmasın” fikri ilə razı deyiləm. Elə növlər var ki, qadının incəliyini göstərir və bunlar zərif cinsin nümayəndələrinə yaraşır. Boksa gəldikdə, onu da Məhəmməd Əlinin qızı Leyla dəbə mindirdi. Artıq qadınlar da Avropa və dünya çempionatlarında, Yay Olimpiya Oyunlarında iştirak edirlər. Demək istəyirəm ki, qadınların gözəlliyini nümayiş etdirənlərlə yanaşı, güləş, boks, ağırlıqqaldırma kimi kobud formada göstərən idman növləri də var. Özüm boksçu kimi 2000-ci il Sidney və 2004-cü il Afina Yay Olimpiya Oyunlarında iştirak etmişəm. Bütün qadın idmançıları gözlərimlə görmüşəm. Qayıdandan sonra həyat yoldaşıma gördüklərimdən dəhşətə gəldiyimi dedim. Güləş növündə qulağı, boksda burnu sınıq qadınlarla rastlaşıram. Bunlar yazıq qadınları lap eybəcər göstərir. Məncə, belə növlər zərif cinsin nümayəndələrinə yaraşmır.
 
– Ailənizi hansı cəhətlərinə görə nümunəvi saymaq olar?
 
– Hələ boksu seçdikdən sonra həyat yoldaşımın da idmançı olmasını arzulayırdım. İstəyirdim ki, o da seçdiyim peşənin tərəfdarı olsun, mənə dəstək versin. İndiyədək demişəm, həmişə də deyəcəyəm: “İdmançını ən yaxşı, ən gözəl başa düşən ikinci şəxs elə idmançı ola bilər”. Əlbəttə, kişi idmançının həyat yoldaşı da idmançı olanda, xüsusən də hər ikisi tanınmışdırlarsa, bir-birilərinə hər zaman dayaq dururlar. Karyeramdakı irəliləyişlərdə həyat yoldaşımın xüsusi yeri, köməyi var. Həmişə məsləhətlər verirdi. Hətta elə olurdu ki, döyüşlərimin diskinə baxıb birgə analiz, müzakirə edirdik. Həm çatışmayan, həm də güclü cəhətlərimi müəyyənləşdirirdik və həyat yoldaşım göstəriş, məsləhət verirdi ki, çatışmayanları aradan qaldırmaq, güclü cəhətləri isə daha da artırmaq üçün nələri etməliyəm. Həyat yoldaşıma minnətdaram. Doğrudan da karyeramda böyük dayaq, böyük köməkçi olub.
 
– Həyat yoldaşınızın sizə göstəriş verdiyini dediniz…
 
– Bəli. O mənə həmişə deyir: “Çox böyük danışma, SSRİ-nin idman ustası Azərbaycanın əməkdar idman ustasından, məşqçilik təcrübəm isə səninkindən qat-qat üstündür”. İstər kişilər, istərsə də qadınlar arasında ən güclü fiziki hazırlıqlılar gimnastika növündə olurlar. Mən turnikdə 24-25 dəfə dartınanda, 50-55 dəfə “jim” edəndə, həyat yoldaşım gülürdü. “Mən 50-55 dəfə dartınır, 100-120 dəfə “jim” edirdim” deyirdi. Qızlığı ilə görün, nə qədər fiziki hazırlıqlı olub. Həmişə fiziki hazırlığa düzgün formada əməl etməyi məsləhət görürdü. Mayk Taysonun döyüş üslubundan çox şey götürmüşdüm. Çünki o da fiziki cəhətdən çox güclü boksçu idi. Öz gücündən düzgün formada istifadə edərək, rəqiblərinin 80-90 faizini nokauta salırdı. Həyat yoldaşım hətta bəzi məsələlərdə göstəriş verirdi ki, bəzi fiziki hərəkətləri düzgün formada yerinə yetirim. “Sənə bu əzələlərin üzərində işləmək daha sərfəli olar” deyirdi. Mən də belə ağıllı məsləhətlərə qulaq asaraq, onun göstərişləri üzərində işləyirdim. Bir neçə aydan sonra yarışa gedəndə həyat yoldaşımın göstəriş və məsləhətlərinin müsbət təsirini hiss edirdim. Gəlib onu öpüb-qucaqlayaraq, “Maşallah, doğrudan da sən ağıllı həyat yoldaşısan. Ağıllı qadınların ərləri qabağa gedər!” deyirdim.
 
– Bəs ailə daxilində kimin sözü keçir?
 

– Sözsüz ki, Azərbaycan ailəsi kimi kişinin. Həm də həyat yoldaşımdan 8 ay böyük olmağım da rol oynayır (gülür). Amma hər yerdə və hər zaman “bizdə 50-nin 50-yədir” demişəm. Çünki hər ikimiz də güclü, ad-sanlı idmançı olmuşuq. Dünyanın yarıdan çoxunu, demək olar ki, bütün qitələri gəzmişik. Dünyagörüşümüz böyük olduğundan, məsləhətləşərək, bir qərara gəlirik. Elə olur ki, müzakirə və mübahisələr edirik, davaya qədər gəlib çatmasa da, sözləşirik. Həmin məqamda “evin kişisi mənəm, mən deyən olmalıdır” deyirəm. O isə “eybi yox, sən deyən olsun. Amma başın əziləndə başa düşəcəksən ki, ağıllı qadının sözünə qulaq asmaq lazımdır” cavabını verir. Görürəm ki, doğrudan da belədir. Əlbəttə, ağıllı kişi dəlisov, gic qadının sözünə qulaq asmaz. Amma ağıllı arvadın sözlərinə kişi mütləq qulaq asmalıdır. Bununla kişi uduzmaz, əksinə, daim irəli gedər, hər yerdə udar.

ailem.az

Son yazılar

To Top