Almaniya Bundesliqasında mövsümün ən yaxşıları müəyyənləşib.
Korner.az-ın məlumatına görə, keçirilən sorğuda ölkə çempionatında oynayan 220 futbolçu səs verib.
Səslərin 45.6 faizini toplayan “Borussiya”nın yarımmüdafiəçisi Marko Roys cari mövsümün ən yaxşı futbolçusu seçilib. M.Roysun komanda yoldaşı Robert Levandovski (17.7 faiz) ikinci, “Bavariya”nın futbolçusu Aryen Robben üçüncü yerdə qərarlaşıb.
Mövsümün ən yaxşı qapıçısı Manuel Noyer (“Bavariya”, 27.5 faiz), ən yaxşı baş məşqçisi isə “Ausburq”un çalışdırıcı Markus Veynzeir (57.3 faiz) seçilib.