Bundesliqa klubunda yeni müqavilə
17.09.2020 , 16:49
“Ayntraxt”da yeni müqavilə qeydə alınıb.
Korner.az xəbər verir ki, Frankfurt təmsilçisi yarımmüdafiəçisi Daiti Kamada ilə müqavilənin müddətini uzadıb.
Futbolçu ilə 2023-cü ilin yayına qədər yeni sözləşmə imzalanıb.
Qeyd edək ki, Kamada 2017-ci ildən “Ayntraxt”da çıxış edir.