“Yuventus”un heyətində ciddi itki
İtaliya A Seriyasının 18-ci turunda “Roma” ilə qarşılaşacaq olan “Yuventus” matça Buffonsuz çıxmalı olacaq.
Bunun səbəbi “əlcək” sahibinin ciddi zədə almasıdır.
“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri 40 yaşlı qapıçının durumu haqda açıqlama verib. O, Buffonun oynamaq şansının olmadığını deyib:
“Buffon bu həftə məşqlərə qatılmayacaq. “Roma” ilə qarşılaşmada oynaması mümkünsüzdü”
Qeyd edək ki, “Yuventus” – “Roma” görüşü 23 dekabr tarixində Bakı vaxtilə saat 23:45-də baş tutacaq.
