Bu ölkədə mövsümə yekun vuruldu
20.05.2020 , 19:39
Koronavirusa görə dayandırılan Uels çempionatına yekun vurulub.
Korner.az xəbər verir ki, yerli federasiyanın rəsmi saytı 4 liqanın da yekunlaşdığını bildirib.
“Lonnahs Kuey” çempion elan edilib. Klub Uelsi UEFA Çempionlar Liqasında təmsil etmək hüququ qazanıb.
2-ci və 3-cü yerləri tutan TNS və “Bala Taun” klubları isə Avropa Liqasında mübarizə aparacaq.