Qış transfer dövrünün ən aktiv klublarından olan “Qalatasaray” daha bir transfer etməyi planlaşdırır.
Korner.az-ın məlumatına görə, “Sarı-Qırmızılar” Bosniya və Hersoqovina milli komandasının üzvü İzet Hayroviçi öz heyətinə qatmağı planlaşdırır.
Qeyd edək ki, İsveçrənin “Qrasşopper” klubunda çıxış edən Hayroviç sağ cinah yarımmüdafiəçisidir və 2009-cu ildən bəri çıxış etdiyi komandasında ümumilikdə 20 qol vurmağı bacarıb. İsveçrədə doğulan 22 yaşlı futbolçu bu ildən etibarən Bosniya və Hersoqovina milli komandasının şərəfini qoruyur.
