Futbol

“Boka Xuniors”un qapıçısı “Qarabağ”da?

07.08.2019 , 10:35

Çempionlar Liqasında yoluna inamla davam edən “Qarabağ” daha bir qapıçı ilə maraqlanır.

Korner.az-ın məlumatına görə, Ağdam klubu Argentinanın “Boka Xuniors” klubunun qolkiperi Markos Diasla maraqlanır.

33 yaşlı argentinalı qapıçı “Boka Xuniors”da əsas heyətə düşməkdə çətinlik çəkir və buna görə də onun Ağdam klubuna keçməkdə maraqlı olduğu bildirilir. “Qarabağ”ın yaxın saatlarda qapıçı üçün rəsmi təklif göndərəcəyi qeyd olunub.

Dias bu ilin yanvar ayında “Boka Xuniors”la 1.5 illik müqavilə imzalayıb.

Son yazılar

Yuxarı