"Beşiktaş"ın yeni baş məşqçisi Samet Aybaba yeni mövsümə başlamadan əvvəl komandada görmək istəmədiyi futbolçuların adlarını yavaş-yavaş açıqlayır.
Korner.az-ın məlumatına görə, Sivokun komandadan ayrılmasından sonra, Quareşma, Simao, Holosko, Ernst, Rüştü, Bebe, Alveş və Sidney təlim-məşq toplanışına aparılmayacaq.