Benzema Ronaldonu qabaqladı
10.02.2020 , 20:41

“Real” İspaniya La Liqasının 23-cü turunda “Osasuna”nı 4:1 hesabıyla məğlub edib.
Korner.az xəbər verir ki, bu görüş Madrid təmsilçisinin futbolçusu Kərim Benzema üçün əlamətdar olub.
Belə ki, hücumçu “Osasuna” ilə oyunda komandasının 3-cü qolunun məhsuldar ötürməsini edərək, “Real” formasıyla etdiyi ötürmələrin sayını 132-yə çatdırıb.
Bundan əvvəlki ötürmə rekordu Kriştiano Ronaldoya aid idi. O, “Real” formasıyla 131 məhsuldar etmişdi.
