“Bavariya”dan “Liverpul”a
07.07.2020 , 19:29
“Liverpul” heyətinə yeni futbolçu cəlb edib.
Korner.az xəbər verir ki, “qırmızılar” “Bavariya”dan Tiaqo Alkantaranı transfer edib.
29 yaşlı yarımmüdafiəçi ilə uzunmüddətli müqavilə bağlanılıb.
Qeyd edək ki, Tiaqo Alkantara “Barselona”nın yetirməsidir. Futbolçu “Bavariya”ya 2013/2014 mövsümündə keçib.