“Barselona”nın futbolçusu əməliyyat edildi
19.01.2022 , 17:46
“Barselona”nın futbolçusu Samuel Umtiti əməliyyat olunub.
Korner.az xəbər verir ki, futbolçunun əməliyyatı uğurlu keçib.
Bu barədə klubun saytı məlumat yayıb. 28 yaşlı oyunçunun bərpa müddətinin 3 ay çəkəcəyi vurğulanıb.
Umtiti bu mövsüm La Liqada cəmi 1 oyuna çıxıb.