“Barselona” külli miqrada cərimə olundu
11.05.2023 , 12:28

“Barselona” klubu vergi agentliyi tərəfindən 15.7 milyon cərimələnib.
Korner.az-ın ispan mətbuatına istinadən xəbərinə görə, buna səbəb Kataloniya təmsilçisinin 2019-cu ildə yol verdiyi maliyyə pozuntularıdır.
Məlumata görə, bu pozuntular komanda üzvlərinə “Audi” avtomobilləri veriləndə, futbolçuların çarter reysi ödənişlərinin bəyan edilməməsində, Arda Turan (1,3 milyon avro) və Aleks Sonqdan (3,5 milyon avro) alınan təzminatların düzgün hesablanmamasında baş verib.
Xatırladaq ki, İspaniya Primerasının 33-cü turundan sonra aktivində 82 xal olan “Barselona” turnir cədvəlinin ilk pilləsində qərarlaşıb. Ən yaxın təqibçisi “Atletiko” isə ondan 11 xal geri qalır.
