Nazarov Almaniya klubundan ayrılır
11.05.2023 , 12:16

Almaniyanın III Bundesliqasında çıxış edən “Aue” klubu 4 futbolçusu ilə yolları ayırır.
Korner.az-ın məlumatına görə, gedən futbolçular arasında millimizin sabiq üzvü Dmitri Nazarov da var.
Klubun rəsmi saytında yer alan xəbərə görə, təcrübəli yarımmüdafiəçi yeni mövsümdən karyerasını başqa klubda davam etdirəcək.
