“Barselona” qış transferi pəncərəsində heç bir futbolçunu heyətinə qatmayacaq.
Korner.az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə,bu barədə klubun vitse-prezidenti Xosep Mariya Bartomu açıqlamasında deyib. Bildirib ki, əgər komandada çox ciddi zədəli futbolçular olsa, o zaman transfer üçün danışıqlara başlanılacaq.
Qeyd edək ki, “Barselona”nın David Luis, İlkay Gündoğan kimi futbolçularla maraqlandığı iddia edilirdi.