İngiltərədə fəaliyyət göstərən, “Odlar Yurdu” təşkilatının yaratdığı “Baku Yunayted” futzal klubu çempion olub.
Korner.az-ın məlumatına görə, dünən final matçında “Lofboro” klubunu 5:1 hesabıyla darmadağın edən təmsilçimiz ardıcıl ikinci dəfədir ki, İngiltərə çempionu olur.
Qeyd edək ki, “Baku Yunayted” mövsüm ərzində yalnız bir oyunda heç-heçə edib, digər oyunların hamısında qalib olub.