Milli komandamızın üzvü Elvin Məmmədov “İnter” komandasında çıxış edəcək.
Korner.az-ın məlumatına görə, təcrübəli futbolçuyla bir il müddətinə müqavilə imzalanıb.
Xatırladaq ki, Elvin Məmmədov vaxtilə “İnter”də çıxış edib. 2007-ci ildə “Turan” klubundan “İnter”ə keçmişdi. Onun son klubu “Bakı” komandası olub.