big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“Bakı”da əvvəlcə zəlzələ, sonra vəlvələ (YAZI)

12.05.2014 , 07:30

Son günlər “Bakı”da nələrin baş verdiyini anlamaqda, həqiqətən də, çətinlik çəkirəm. Uzun müddət 4-cü pillədə “kök salan” komanda ardıcıl xal itkiləri ucbatından indi son Avropa ümidinə həsrətlə baxır. Di gəl ki, həmin ümid də cümə axşamı AFFA-nın iclasında dəfn olundu…

Qeyri-peşəkarların çalışdığı peşəkar klub
“Qulaq gündə bir söz eşitməsə, kar olar” – deyib atalarımız. Nə yaxşı ki, ölkəmizdə “Bakı” və həmin klubda kreslosu olub işi olmayanlar var. Məhz onların sayəsində qulaqlarımızı zədələnməkdən qoruyuruq. Əlbəttə, “Bakı” nın Azərbaycan futbolu üçün nə qədər vacib olduğunu xüsusi qeyd etməyə gərək yoxdur. Amma təəssüf ki, futbolumuzun “lokomotivlərindən” biri olan “Bakı” orada  çalışanların məsuliyyətsiz və qeyri-peşəkar qərarların cəzasını çəkib, çəkməkdə davam edir. “Bakı”nı brendə çevirdiklərini iddia edənlərin bu qərarları  klubu  gülüş hədəfinə çevirdi. 4 il öncəsinə qayıdıb, heç nədən “Buduçnost”a bağışlanan mərhələni xatırlamaq belə istəmirəm. Və ya Bandoviçin iş görmədən qazandığı “paçka”ları.  İnsan səhv-səhv edə-edə öyrənir. Amma onlar  səhvlərini, “Bakı”ya və futbolumuza vurduqları ziyanları anlamaq əvəzinə, öz missiyalarını davam etdirdilər. Və bu da nəticəsi. “Bakı” çökür, həmin insanlar isə özlərinə yeni “qurban” axtarışına çıxırlar.

Yoxdursa pul, oldun qul
7-8 ay öncə kiminsə ağlına gəlməzdi ki, nə vaxtsa “Bakı”da maliyyə böhranı baş verə bilər. Axı istər futbolçular, istərsə də digər çalışanlar klub prezidenti Hafiz Məmmədovun xüsusi qayğısını hər zaman hiss ediblər. Amma təəssüf ki, bu qayğıdan sui-istifadə edənlər də tapıldı. Vaxtında bədxərcliyin qarşısı alınsaydı, bütün bunlar baş verməzdi. Hər uğursuzluqdan sonra , günahı özündə yox hakimlərdə axtaran Pantiç bəlkə istəyərək, bəlkə də istəməyərək futbolçularda hədsiz arxayınlıq yaratdı. 3 ay əvvəl İspaniyada gününü gün edənlər indi çimməyə su tapmamaqdan şikayətlənirlər. Bəli, səhv eşitmədiniz. Vaxtı ikən Avropanın turistik zonalarında təlim-məşq toplanışı keçən klubun  indi 2 milyon manat kommunal borcu var!

Borc igidin qamçısıdır
Az öncə qeyd etdiyim kimi, səhvlərindən nəticə çıxara bilməyənlərin qurbanı oldu “Bakı”. 2 həftədən də qısa bir zamanda əvvəlcə Ruslan Leviqiya daha sonra isə Aleksandr Tomovski ilə problem yaşayan klub məhz həmin oyunçulara görə aldığı cəzalarla param-parça oldu. Yaşar Seyidov hər nə qədər Tomovski məsələsində haqlı olduqlarını desə də, adamın heç inanmağı gəlmir. Axı bu, “Bakı” rəhbərliyinin səhvi ucbatından klubun  üzləşdiyi ilk sanksiya deyil. Məgər klub Levqiyanın məsələsinə görə FİFA-dan aldığı transfer qadağasından nəticə çıxarmayıbmı ki, növbəti “sillə”ni Tomovskidən “yeyir”? Üstəlik, Tomovskinin vəkili Georgi Qradevin dediyinə görə, onlar FİFA-ya 2010-ci ilin yanvarında müraciət ediblər və şikayətə 2013-cü ilin sentyabrında  baxılıb. Və nəticədə kluba bu il aprelin 22-dək vaxt verilib. Onda belə çıxır ki, 4 ildən də çox müddətdə dağ boyda “Bakı” 78 min dolları tapa bilməyib? Heç inandırıcı görünmür. Çox güman, klub növbəti dəfə məsuliyyətsizliyin güdazına gedib. Elə indi də “Bakı”nın legionerlərə xeyli borcu var. Deyilənə görə, futbolçular 3 aydır maaş və mükafatlarını ala bilmirlər. Görünən odur ki, əsl həngamə bizi mövsmün sonunda gözləyir.

Qeyri-müəyyən gələcək
Amma yenə də bəzi şeyləri düzəltmək üçün gec deyil. Klub öncə “sapı özündən olan baltalar”dan, işinə qazanc, kommersiya məqsədilə yanaşanlardan canını qurtarmalıdır. Həmçinin, Hafiz Məmmədov gözünü yüksəlişdə olan “Atletiko” və “Lans”dan bir az ayırıb çökməkdə olan “Bakı”ya yönəltməlidir. Dara düşənin dostu olmaz, Hafiz bəy. Klubun pulları göyə saçdığı vaxtlarda belə, ayaqlarını zorla çəkənlərin indiki vəziyyətdə klubda qalacağı inandırıcı görünmür. Yəqin ki, çoxları “asta qaçan namərddir” – deyib öz ölkələrinin yolunu tutacaq. Amma bəlkə də belə daha yaxşıdır. Hələ növbəti mövsümə hazırlaşmaq üçün 4 ay var. Bu, həm də rəhbərliyə “əl gəzdirmək” üçün möhlət sayıla bilər.

P.S. Bir şeydən əminəm ki, indi “Bakı” rəhbərliyi klubun ilk iki dövrədəki uğurlarında böyük payı olan Mindaquas Kalonasla Kamran Ağayevi ümumilikdə cəmi 450 min dollara satdığına görə çox peşmandır. Amma heyf ki, sonrakı peşmançılıq fayda vermir. Nə oldu Rauf? Nə oldu Əfran? Bəs deyirdiniz, Kalonas intizamsız futbolçu idi? Kim bilir, bəlkə də Pantiçlə əl-ələ verib klubdan göndərdiyiniz litvalının ahı tutdu sizi. Yoxsa, niyə heç nədən Milinko sizi heyətdən uzaq salsın ki?

Ürfan Məmmədzadə

Son yazılar

To Top