Premyer Liqanın son turunda doğma meydanda "Neftçi" ilə 1:1 bərabərə qalan “Bakı” da istirahətə buraxılıb.
Korner.az-ın məlumatına görə, futbolçu və məşqçi heyəti martın 18-də bir araya gələcəklər.
Komanda XXIV turun “Simurq”la oyununun hazırlıqlarına da həmin tarixdən başlayacaq.
Zaqatala klubu ilə oyuna qədər zədəli Aqil Nəbiyevin sıraya dönməsi gözlənilir.
