"Neftçi"nin hücumçusu Bahodir Nasimov məşqlərə başlayıb. Korner.az-ın məlumatına görə, özbəkistanlı futbolçu hələlik fərdi qaydada məşq edir. Zədəsini sağaltmış futbolçu klubun rəsmi saytına açıqlama verib:
"Aldığım zədə səbəbindən uzun müddət yaşıl meydandan kənarda qaldım. Artıq müalicəm demək olar ki, başa çatıb və məşqlərə başlamışam. Tezliklə fiziki hazırlığımı bərpa edib komandaya qayıtmağa çalışağam. Futbolçu üçün kənardan izləyici olmaq çox çətindir. Sevinirəm ki, bu dövrü uğurla keçdim və indi meydana çıxmaq üçün alışıb-yanıram. İnanıram ki, yenidən komandama faydalı olacağam".
