Son illərdə futzal üzrə Azərbaycanın dəyişməz çempionu olan “Araz" Latviyaya yollanacaq. Korner.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Naxçıvan təmsilçisi bu ölkənin paytaxtı Riqada avqustun 16-dan 20-dək təşkil olunacaq beynəlxalq turnirdə iştirak edəcək.
Yarışda "Araz"la yanaşı, Latviyanın "Nikars", Belarusun "Mapid" və Slovakiyanın "Slov-Matik" klubu mübarizə aparacaq. Bu, “Araz”ın payızda çıxış edəcək UEFA kubokuna hazırlığın bir mərhələsi olacaq.