big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“Azərbaycanda daha irəli gedə biləcəyim klub görmürəm” (MÜSAHİBƏ)

18.12.2012 , 11:43

Onun haqqında çoxu ağızdolusu danışır. Azərbaycan futbolunun gələcək ulduzlarından sayırlar. Hər halda, “Lans”a gedəcək 4 oyunçudan biri olması çox şeydən xəbər verir. Söhbət “Bakı”nın U-16 komandasının heyətində Azərbaycan çempionu olmuş Ülvi Süleymanovdan gedir.

Gənc yarımmüdafiəçi Korner.az-a müsahibəsində futbola gəlişindən və gələcək planlarından danışıb.

1996-cı ildə Bakı şəhərində anadan olmuşam. Ailəmiz 4 nəfərdən ibarətdir. Mən, atam, anam və qardaşım.

– Qardaşın da futbolla məşğuldu?
– Qardaşım Nicat Süleymanov “Bakı” klubunun U-16 komandasında çıxış edir. Eləcə də milli komandada oynayır.

– Futbola necə gəldin?
– Futbola məni nənəm gətirib. O, həkim işləyir. İlk məşqçim Ələkbər Cəfərov bir gün onun yanına zədəli futbolçusunu müayinəyə gətiribmiş. Nənəm ona məndən danışıb, yaxşı futbol oynadığımı deyib. Ələkbər müəllim də məni komandaya dəvət etdi. Futbola elə onun komandasında – “Ruslan”da başlamışam. Sonradan “Bakı”ya keçdim.

– İndi “Bakı”da U-17-dəsən, yoxsa evəzedici komandasında?
– Hal-hazırda əvəzedici komandadayam, amma əsasən U-17-də oyunlara çıxıram. Əvəzedici komandada da “Rəvan”a, “Kəpəz”ə qarşı oynamışam.

– Ən yaddaqalan oyunun hansı olub?
– Keçən mövsüm “Neftçi”yə qarşı keçirdiyimiz matç. İlk hissədə uduzurduq. İkinci hissədə 2 qol vurdum – birini 35, digərini 20 metrdən. Sonda qalib gəldik.

– Futbolçulardan kumirin kimdi?
– Xavi və “Bakı”nın oyunçusu Junior.

– “Bakı” klubundan “Lans”a gedəcək futbolçulardan biri də sənsən. Nə vaxt gedəcəksiz Fransaya?
– Bizə bu ilin sonu gedəcəyimizi demişdilər. Lakin hələ bir xəbər yoxdu. Gözləyirik. Azərbaycan klublarının əksəriyyətindən təklif almışam. Amma mən Azərbaycanda həm şəraitinə, həm də daha irəli gedə biləcəyim klub görmürəm. Ukraynanın böyük klubundan təklif gəlmişdi, adını çəkmək düzgün olmaz. Amma “Bakı” klubu icazə vermədi.

– Bəs niyə bu il milli komandaya çağırılmadın? Axı sən oranın əvəzedilməzi idin. Səncə, Türkiyədən gələn Cem Fələk səndən güclüdü?
– Nə bilim vallah. Axırıncı 3 təlim-məşq toplanışına çağırılmadım. Mən öz mövqeyimdə heç kimi özümdən güclü hesab etmirəm. Bu il həm də U-19-da oldum. İnanıram ki, yenə çağıracaqlar.

– Azərbaycan hakimlərindən razısan?
– Bunu məndən soruşmayın.

– Ona görə soruşdum ki, “Bakı”da ən çox qırmızı vərəqə alan futbolçu sənsən.
– Hakimlər mənə qarşı haqsızlıq edirlər. AZAL-la oyunda hamı bunun şahidi oldu. Həm də məndə belə bir xasiyyət vardı ki, oyun vaxtı çox danışırdım. Amma indi bu xasiyyətimi tərgitmişəm.
 
Adil Mirzəzadə

Son yazılar

To Top