“Fənərbağça”dan ayrıldıqdan sonra heç bir komandada işləməyən Aykut Kocamanın talibləri günü gündən artır.
Korner.az-ın məlumatına görə, təcrübəli mütəxəsislə “Latsio”nun ardından, İngiltərənin “Kardiff Siti” klubu da maraqlanmağa başlayıb. Belə ki, Premyer Liqada işləri yaxşı getməyən Uels təmsilçisi baş məşqçi Melki Makkayla yolları ayırmağı planlaşdırır. Yeni baş məşqçi namizədləri arasında ən real namizəd Aykut Kocamandın olduğu bildirirlir.
Qeyd edək ki, “Kardiff Siti” daha öncə başqa bir türk məşqçi Yılmaz Vuralla da maraqlanmışdı.
