Bu gün İspaniya La Liqasının son turu çərçivəsində bütün diqqətlər Barselonanın "Nou Kamp" stadionuna yönəlmişdi.
Korner.az-ın məlumatına görə, çempionluq uğrunda yarışda "Barselona" və "Atletiko" (Madrid) klubları üz-üzə gəlib.
Bu qarşılaşmada "Atletiko"nu bir xal da qane edəcəyi halda, "Barselona" çempion olmaq üçün mütləq qələbə qazanmalı idi. Sözügedən qaşılaşma 1:1 hesabı ilə başa çatıb. Beləliklə, "Land of fire Azerbaijan" formalı "Atletiko" La Liqada çempionluğunu elan edib. Madrid klubu son olaraq 18 il əvvəl – 1996-cı ildə çempion olmuşdu.