Londonun “Arsenal” klubu Madrid “Real”ının futbolçusu Sami Xediranı transfer etmək niyyətindədi.
Korner.az-ın “Daily Star”a istinadən verdiyi məlumata görə, artıq Matye Debüşi və Aleksis Sançezi transfer edən “Arsenal” klubu heyətini daha da gücləndirə bilər. Kral klubu da Xediranı satmağı düşünür.
Xatırladaq ki, Tunis əsilli alman futbolçu “Real” (Madrid) heyətində 91 oyuna 6 qol vurmağı bacarıb.